Azərbaycanlını İrəvan aeroportunda qandalladılar
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlını İrəvan aeroportunda qandalladılar

Dubay-Moskva reysi ilə uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi Ermənistanın paytaxtı İrəvanda məcburi eniş edib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb sərxoş vəziyyətdə olan azərbaycanlı sərnişin olub.

Məlumata görə, təyyarənin Dubaydan qalxmasından sonra sərnişinlərdən biri kobud ifadələr işlətməyə, bərkdən danışmağa və uşaqlara sataşmağa başlayıb. Stüardessalar kömək üçün sərnişinlərə müraciət edib. Şahidlərin dediyinə görə, “dəcəl” sərnişini oturacağa bağlamaq mümkün olub.

İrəvan hava limanına enən təyyarənin pilotları azərbaycanlı sərnişini Ermənistan hakimiyyətinə təhvil vermək istəsələr də, hakimiyyət orqanları bundan imtina edib. Ermənistan polisləri onun əllərini qandallamaqla kifayətlənib. Erməni həkimləri isə ona sakitləşdirici iynə vurub. O, yuxuya gedəndən sonra təyyarə Moskvaya uçub. Azərbaycanlı Moskvada polisə aparılıb. Onun adı açıqlanmır.

Təyyarənin Rusiya paytaxtına üç saat gecikmə ilə çatdığı bildirilir.

“RİA-Novosti”nin yazdığına görə, Rusiya Dövlət Dumasına hava gəmilərində təhlükəsizlik qaydalarını pozan sərnişinlər üçün cinayət və inzibati məsuliyyəti nəzərdə tutan qanun layihəsi daxil edilib. Layihəyə görə, “qara siyahı”ya salınan sərnişinlərə 5 il ərzində təyyarə bileti satılmaya bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm