Dəmir yolu qatarlarına əlavə vaqonlar qoşulacaq
Bizi izləyin

Qırmızı.az

Dəmir yolu qatarlarına əlavə vaqonlar qoşulacaq

Tədris ilinin başlanması ilə əlaqədar olaraq həm Bakıya gələn, həm də əks istiqamətə hərəkət edən qatarlara əlavə vaqonlara qoşulacaq.

Bunu Publika.az-a “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb: “Yeni tədris ilinin başlanması və yay məzuniyyətinin bitməsi ilə əlaqədar həm paytaxtda, həm də bölgələrə axın artacaq. Bunu nəzərə alaraq artıq sentyabrın əvvəlindən qatarlara əlavə vaqonlar qoşulacaq. Tələbələrin rahat gəlib-getməsi üçün sentyabrın 10-dan vaqonların qoşulmasına başlanacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm