Çantadan 600 ədəd dərman çıxdı
Bizi izləyin

Qırmızı.az

Çantadan 600 ədəd dərman çıxdı

Təbriz-Bakı aviareysi ilə uçuşlar həyata keçirən Azərbaycan vətəndaşının çantasından xeyli miqdarda dərman aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a daxil olan məlumata əsasən Hey­dər Əliyev Beynəlxalq Ha­va Limanına daxil olan Azər­­baycan vətəndaşı Rasim Quliyevə məxsus baqaj rent­gen apa­ratından keçərkən mo­ni­tor­da dərman preparat­larının olduğu müəyyən edilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə baxış keçirərkən R.Quliyevə məxsus çantadan 2 ədəd üzərində “100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1 mg”, 4 ədəd üzərində “100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5” sözləri yazılan dərman aşkar edilib.

Müəyyən edilib ki, 200 ədəd yaşıl rəngli həb – “Clonazepam-Sobhan 1 mq” adlı dərman prepa­ra­tıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. 400 ədəd mavi rəngli həb də “Chlordiazepoxide 5 mq” adlı dərman preparatı təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm