• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda qəza törədən sürücü avtomobilini qoyub qaçdı

Bakıda qəza törədən sürücü avtomobilini qoyub qaçdı

Nərimanov rayonunda yol qəzası olub.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Atatürk prospekti istiqamətində hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü qəza törədib. Belə ki, o, əvvəlcə Ramil Rahibovun idarə etdiyi “Daewoo” markalı avtomobilə, daha sonra yol kənarındakı maneəyə çırpılıb. Nəticədə hər iki maşın yararsız vəziyyətə düşüb. “BMW”-nin sürücüsü hadisə yerini tərk edib.

Hadisə yerinə Nərimonov rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırmalardan sonra məlum olub ki, “BMW”nin sürücüsü yüksək sürətlə hərəkət etdiyinə görə manevr qaydalarını pozub. Lakin hadisə yerindən qaçdığından hələlik onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR