Əlillərin sosial reabilitasiyası müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

Əlillərin sosial reabilitasiyası müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aİ-nin Tvinninq layihəsinin ekspertləri ilə görüş olub.

Publika.az-ın məlumatına görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Tvinninq layihəsinin ekspertləri tərəfindən layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd olunub ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində milli qanunvericilik bazasının təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin təmin edilməsi ƏƏSMN-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Tvinninq layihəsi bu sahədə Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığa, müvafiq təcrübə mübadilələrinin aparılmasına imkan verir. Görüşdə qeyd olunan ölkələrlə aparılan təcrübə mübadilələri ilə bağlı məsələlər və gələcək perspektivlər nəzərdən keçirilib. ƏƏSMN-nin mütəxəssislərinin də daxil olduğu layihənin ekspert qrupunun gələn ay Litva Respublikasına edəcəyi səfərin detalları da müzakirə olunacaq.

Litvanın əsasən sosial reabilitasiya xarakterli təcrübəsinin öyrənilməsinin diqqətdə saxlanılacağı bildirilib, səfər zamanı ekspert heyətinin bu ölkədə görüşlər keçirəcəyi qurumlar, iş təcrübəsi öyrəniləcək qabaqcıl reabilitasiya müəssisələri müəyyən olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm