Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb
Bizi izləyin

Qırmızı.az

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yas mərasimlərində israfçılığa yol verilməsi halları ilə bağlı bəyanat yayıb.

QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, QMİ yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyyəsini hər zaman cəmiyyətə bəyan edib:

“Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində əksini tapmışdır.

QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, Bəyanatdakı mövqemiz birmənalıdır. Bəyanatın mətni ilə maraqlananlar İdarəmizin rəsmi vebsaytında (www.qafqazislam.com) tanış ola bilərlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm