Bakıda cinsi azlıq qarət olundu
Bizi izləyin

Qırmızı.az

Bakıda cinsi azlıq qarət olundu

Bakıda soyğunçuluqda ittiham olunan 18 yaşlı Araz Novruzov bibisi oğlu ilə əlbir olub cinsi azlığa məxsus Zöhrab Hüseynovu soyublar.

Nəsimi rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, onlar zərərçəkəni döyüb, 230 manat pulunu götürüblər.

Əməlinə görə tutulan Araz Novruzov bibisi oğlu (qaçıb gizləndiyindən adı istintaqla gizli saxlanılır) ilə birlikdə törətdiyi hadisədən danışıb. O, polisə ifadəsində bildirib ki, zərərçəkən onlara ədəbsiz təklif etdiyinə görə onu döyüb pulunu əlindən alıblar: “Bizim yerimizə kim olsa, belə bir addım atardı. Küçənin ortasında bizə yaxınlaşıb əvvəlcə siqaret istədi. Sonra da onunla cinsi əlaqədə olmağımızı xahiş etdi. Əvəzində isə 50 manat pul verəcəyini dedi. Biz ona rədd cavabı verdik, amma əl çəkmədi. Dedi, sizdən xoşum gəlib. Mən də bibim oğlu ilə birlikdə onun üst-başını yoxladıq, cibində olan 230 manatı götürüb aradan çıxdıq”.

Həmin pulu kafedə xərclədiyini deyən Araz Novruzov Nəsimi polisinə təhvil verilsə də, onun bibisi oğlu qaçıb gizləndiyindən axtarışlar davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm