Elmar Məmmədyarov Mixal Labendanla görüşdü
Bizi izləyin

Qırmızı.az

Elmar Məmmədyarov Mixal Labendanla görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Mixal Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, E.Məmmədyarov M.Labendaya gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm