İlin ən böyük kokain partiyası
Bizi izləyin

Qırmızı.az

İlin ən böyük kokain partiyası

Peru polisi ümumi çəkisi 3,5 ton olan, bu ilin ən böyük kokain partiyasını ələ keçirib.

Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, kokain Belçika və İspaniyaya yola düşən kömür yüklü gəmidə gizlədilmişdi. Hazırda gəmi ölkənin şimalında olan Truxilyo şəhərinin limanındadır.

Xüsusi əməliyyat zamanı polis 2 Peru vətəndaşını və 5 meksikalını həbs edib. Polislər ehtimal edir ki, kokainin daşınmasına meksikalı narkokartellərdən biri rəhbərlik edib.

Qeyd edək ki, 2012-ci ildən Peru kokain istehsalı həcminə görə Kolumbiyanı ötərək dünyada birinci yerdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm