Sərnişin avtobusuna silahlı basqın
Bizi izləyin

Qırmızı.az

Sərnişin avtobusuna silahlı basqın

Türkiyənin Şanlıurfa vilayətində avtomobil ilə önü kəsilərək dayandırılmış sərnişin avtobusuna tapançayla atəş açılıb.

Publika.az-ın "haberturk" saytına istinadən məlumatına görə, hücumda güllələnən 38 yaşlı mikroavtobus sürücüsü Emin Küçükər ölüb, sərnişinlər böyük qorxu və həyəcan yaşayıblar.

Hadisə günortadan sonra Şanlıurfa - Qaziantep magistralının 37-nci kilometriliyində baş verib. Şanlıurfa ilə Qaziantep arasında sərnişin daşıyan Emin Küçükərin istifadə etdiyi mikroavtobusun önü, Kocaali Məhəlləsi yaxınlığında, nömrəsi bilməyən avtomobil tərəfindən kəsilib. Hadisə şahidlərinin dediyinə görə, avtomobildən enən cinayətkarlardan biri tapançayla sürücünün olduğu tərəfə atəş etməyə başlayır. Qatilin dalbadal istiqamətli atəşindən 4 uşaq atası Emin Küçükər hadisə yerində həyatını itirir. İnsidenti törədənlər təzədən qarşısını kəsdikləri avtomobilə minib hadisə yerindən uzaqlaşıblar.

Təcavüzkarların qaçdıqdan sərnişinlərin polisi çağırması ilə hadisə yerinə çoxlu jandarma qrupu cəlb edilib. Jandarma qrupları şok keçirən sərnişinlərin verdiyi ifadələrə əsasən qaçan şübhəlilərin tutulması üçün iş başladıb. Jandarma hadisə yerini incələdikdən sonra, sürücünün meyiti məhkəmə tibbi ekspertizasına təhvil verilib. Hücum izlərinin olduğu mikroavtobus isə ətraflı araşdırma üçün Jandarma Komandanlığına aparılıb.

Həyatını itirən sürücünün yaxınlarının dediklərinə əsaslanaraq, polis Küçükərin qan davasının qurbanı olduğunu iddia edir. Jandarma qrupları hazırda verilən məlumatlara əsasən Emin Küçükərin düşmənlərini araşdırır. Cinayətlə əlaqədar istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm