Polis öz evinin qarşısında öldürüldü (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Polis öz evinin qarşısında öldürüldü (VİDEO)

Türkiyənin Diyarbəkir vilayətində silahlı hücuma məruz qalan 26 yaşlı polis ölüb. Publika.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) polis işdən qayıdarkən baş verib.

Məlumata görə, naməlum şəxslər işdən evə qayıdan Əli Kızıloğluna 5 dəfə tapançadan atəş açıb. Ağır xəsarərtlərlə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

Ötən gün isə Diyarbəkirdə analoji hadisə baş vermiş, naməlum şəxslərin hücumu nəticəsində daha bir polis əməkdaşı öldürülmüşdü.

Faktla bağlı istintaq başladılıb və polis iki hadisə arasındakı əlaqəni araşdırır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm