Bərdə və Zərdabda heyvanlar arasında xəstəlik yayılıb
Bizi izləyin

Qırmızı.az

Bərdə və Zərdabda heyvanlar arasında xəstəlik yayılıb

Bərdə və Zərdab rayonlarında heyvanlar arasında Nodulyar dermatit virus xəstəliyi yayılıb.
Artıq virusa yoluxan heyvanların sayı 100-dən çoxdur. Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, adıçəkilən rayonlarda xəstəliyə qarşı ciddi mübarizə aparılır: “Xəstəlik aşkarlanan təsərrüfatlarda dezinfeksiya işləri görülüb. Simptomatik müalicə tədbirləri aparılır. Aparılan işlər effektini verir. Ölkədə “Nodulyar dermatit” xəstəliyi Baytarlıq Xidmətinin tam nəzarətindədir”.

Y.Xanvəli bildirib ki, ümumilikdə, 10-a yaxın rayonda bu xəstəlik qeydə alınıb: “Bir müddət əvvəl Samuxda 8 baş heyvanda xəstəlik qeydə alınmışdı. Həmin heyvanlar tam müalicə edilib. Virusun ilk qeydə alındığı rayonlarda xəstəlik davam edir. Lakin bununla yanaşı müalicə işləri də aparılır. Xəstəliyin daşıyıcıları qansoran həşəratlardır. Buna görə də, onun qarşısını almaq çox çətindir”.

Xatırladaq ki, bir müddət əvvəl heyvanlar arasında yayılmış Nodulyar dermatit xəstəliyi qansoran həşəratlar vasitəsilə yayılır. İnsana keçməsə də, o, heyvanlarda nəsil artım və süd vermək qabiliyyətini aşağı salır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm