İsmayıllıda meşələr yanır, helikopterlər havaya qalxdı - Yenilənir
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda meşələr yanır, helikopterlər havaya qalxdı - Yenilənir

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

13:24

Avqustun 26-da 17 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ilkin ehtimala əsasən yanğın meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verib.

Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 1 hektar quru ot və kol örtüyünü əhatə edir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm