
Yaxın iki gün ərzində ölkə ərazisində yağmursuz hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında gün ərzində cənub-şərq küləyi əsacək.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, avqustun 29-na kimi isə isti hava şəraiti davam edəcək.
Avqustun 28-də Bakı və Abşeron yarımadasında hava dəyişkən
buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə
23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi
arada güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40,
dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.
Gülxar