• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Səbail İH illik hesabatını verdi

Səbail İH illik hesabatını verdi

bail rayonunda 2013- ilin yekunları zakirə olunmuşdur

Bakı şəhəri, Səbail rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2013-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.

Qeyd olunmuşdur ki, 2013-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş vermiş, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 347,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1,2 % çox məhsul istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 561,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% çox nəqliyyat xidmətləri göstərilmişdir.

2013-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 637,8 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 % çox rabitə xidmətləri göstərilmişdir. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 217,9 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 % artmişdır. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.617,5 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 2,5 dəfə artmışdır.

Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224,0 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 % çox istehlak malları satılmış, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 % çox iaşə xidmətləri göstərilmişdir.

2013-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114.056 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1004,2 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 4,7 % çoxdur.

2013-cü il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2220 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin oktyabrından 2014-ci ilin yanvar ayının 1-dək rayonda 40288 yeni iş yeri açılmışdır ki, onların da 39420-i daimidir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə «Alov qüllələri» Kompleksindəki «Fairmont Baku» otelinin, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, Kütləvi İnformasiya Vasitələri işçiləri üçün yeni yaşayış binansının, Neftçilər prospektində yeni yeraltı avtomobil dayanacağının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış, konservasiya işlərindən sonra Qız qalasının, əsaslı təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının istifadəyə verilmə və Su İdmanı Sarayının təməlqoyma mərasimləri keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçası əsaslı təmir olunmuş, bağçanın istifadəyə verilmə mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak etmişlər.

Ötən il «Fəvvarələr Meydanı»nda 263 avtomobil yerlik yeni yerüstü avtomobil dayanacağı istifadəyə verilmiş, Azadlıq Meydanının təmiri başa çatdırılmış, meydana yeni asfalt örtüyü çəkilmişdir.

«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası ilə bağlı 20-ci sahədə 35 kilovoltluq 2 yeni yarımstansiya inşa olunmuş, 7 və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxana binası, 44 saylı uşaq bağçası, 1 saylı şəhər poliklinikası və 33 saylı poliklinikanın əsas və 1 saylı şöbəsi əsaslı təmir olunmuş, 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilmiş və bağçanın köhnə binasının əsaslı təmir olunmuş, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən tikilmiş, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası və Bibiheybət qəsəbəsində poçt məntəqəsi yaradılmışdır.

Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi, 20-ci sahədə «Turac» uşaq bağçasında əsaslı təmir-möhkəmləndirmə işləri və 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.

Ha­zır­da rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün Parlament prospektində «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Əhəd Yaqubov küçəsində Səbail rayon Prokurorluğu üçün 3 mərtəbəli yeni inzibati binanın, Badamdar qəsəbəsində 70 çarpayılıq Mərkəzi Xəstəxananın və yeni İdman Kompleksinin, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana kompleksinin, Səbail rayon İcra Hakimiyyətinin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, 2 saylı şəhər Poliklinikasının əsaslı təmiri aparılır.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Neftçilər prospektindəki Əl Oyunları stadionunda əsaslı təmir aparılır.

“İçəri şəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən qədim Qala divarlarının restavrasiyası və Firdovsi küçəsində qala divarına bitişik sahənin abadlaşdırılması işləri başa çatdırılıb. Tahir Salahovun ev muzeyi təmir edilib, Marionet Teatrın binasının təmiri işlərinə başlanılıb. Qoruq ərazisində qəzalı vəziyyətdə olan binalarla bağlı məqsədyönlü işlər həyata keçirilir.

Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səlyan yolu boyunca «Şıx» ərazisində «Dostluq parkı»ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı salınmış, 10000 kv. metr sahəyə yaşıl ot qatı salınmış, 15000 ədəd yeni ağac, 2000 ədəd dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır. Bu ərazilərdə mütəmadi olaraq imcliklər keçirilir və yaşıllıqlara qulluq göstərilir.

Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar cəmiyyətinin qərargahlarının, eləcə də «Şəhidlər Xiyabanı» kompleksinə xidmət göstərən qurumlar və həmçinin yeni yaradılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün bir mərtəbəli inzibati bina tikilmiş, RİH tərəfindən binadakı təşkilat və xidmət sahələri hər cür lazımi inventarla təmin olunmuşdur.

Xiyabanda çalışan xidmət sahələri işçilərinin xahişi nəzərə alınaraq onlar üçün Badamdar qəsəbəsində 2 mərtəbəli, 10 mənzilli xidməti yaşayış binası tikilmiş, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlərin yerinə yetirilməsi üçün tikili inşa olunmuş, buraya kommunikasiya xətləri çəkilmiş, tələb olunan ləvazimatla təmin olunmuşdur.

Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Badamdar qəsəbəsi Neftçilər döngəsi 5 və 7, Neftçilər küçəsi 1, 2 və 3, Tofiq Məmmədov küçəsində yerləşən 7 yaşayış binasının və Neftçilər prospekti 121 ünvandakı binanın üzlənməsi başa çatdırılmış, Bibiheybət yolunda hasarların rənglənməsi aparılmış, Səlyan şossesi boyunca istinad divarlarına aqlay daş döşənərək üzlənmişdir.

Hazırda mərkəz ərazidə Üz.Hacıbəyov küçəsində yerləşən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binası, Neftçilər prospektində 111 və 131 saylı, Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78, Adil İsgəndərov küçəsi 1 və 3/5 saylı binaların, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi aparılır. Binaların təməlində möhkəmlətmə işləri görülmüş, eyvanlar yenilənmiş və binalara aqlay üzlük vurulmuşdur.

İl ərzində əsas kuçə və prospektlərlə yanaşı, qəsəbədaxili və məhəllədaxili küçə və yolların da təmiri aparılmış, ümumilikdə isə 2013-cü il ərzində rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində 65.500 kvadrat metr sahəyə yeni asfalt örtüyü salınmışdır.

2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 119 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.

2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülmüşdür. (Keçən tədris il 11 nəfər qızıl, 2011-ci ildə isə 6 nəfər qızıl və 1 məzun isə gümüş medal qazanmışdır). Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülmüşdür.

2012-2013-cü təhsil ilinin yekununa görə «İlin ən yax­şı ümum­təh­sil mək­tə­bi» mü­sa­bi­qə­sin­də – 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikici dəfədir ki, «İlin ən yaxşı müəllimi» müsabiqəsində isə rayonumuzun orta məktəblərinin 6 müəllimi qaliblər sırasında olmuşlar. Beynəlxalq Müəllim günü ərəfəsində ölkə Başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 2 nəfəri – «Əməkdar müəllim» Fəxri adına və 4 nəfər isə «Tərəqqi» medalına layiq görülmüşlər.

2013-cü il ərzində Səbail rayon icra hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 18500 olmuşdur.

İl ərzində həyata keçirilən işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilmişdir.

İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülmüş, yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma aparılımış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir.

2013-cü ildə ölkədə ən mühüm ictimai-siyasi hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı rayondakı hər iki seçki dairəsi üzrə seçkilərin Seçki Qanununa uyğun olaraq keçirilməsi təmin edilmiş, seçkilər tam şəffaf, ədalətli və demokratik keçirilmişdir. 21-dən çox xarici ölkədən gəlmiş, ATƏT-in, Avropa Şurasının, MDB ölkələrinin və bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, həmçinin yerli müşahidəçilər rayonda seçkinin gedişatını izləmiş, heç bir qanun pozuntusu qeydə alınmamışdır.

Seçki günü Səbail rayonu üzrə çox yüksək – 71 % seçici fəallığı qeydə alınmış, seçkilərdə iştirak edənlərin 86 %-i öz səslərini İlham Heydər oğlu Əliyevə vermişlər.

Noyabr ayında «Aşura» mərasimi zamanı İçəri şəhər «Cümə» məscidində və Bibiheybət məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq, ümumilikdə 422 nəfər könüllü qan vermiş, RİH-nin dəstəyi ilə 3 nəfər həcc ziyarətinə göndərilmişdir.

2013-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 567 cinayət hadisəsi qeydə alınmış, onlardan 417-nın və ya 78,8 %-nin açılması təmin olunmuşdur. Həyata keçirilən profilaktiki tədbirlər nəticəsində baş verən cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 fakt və ya 5 % azalmışdır.

Ağır və xüsusi ilə ağır cinayətlərin sayı da əvvəlki illə müqayisədə 61-dən 111-ə kimi artsa da onların 89-nun və ya 85,6 %-nin açılması təmin edilmiş, açılma faizi isə 74,0 %-dən 85,6 %-ədək artaraq 11,6 % yaxşılaşmışdır.

Baş vermiş oğurluq cinayətləri 121-dən 137-ədək və ya 16 fakt artmış, onların 68-nın və ya 51,1 %-nin açılması təmin edilərək açılma faizi əvvəlki ilin müavifq dövrü ilə müqayisədə 48,7%-dən 51,1%-ədək artaraq, 2,4 % yaxşılaşmışdır.

Hesabat dövrü ərzində axtarışda olan 91 cinayətkardan 62-nin və ya 68,1%-nin tutulması təmin edilmiş, keçmiş illərdən axtarışda olan 33 nəfərdən 9-u və ya 27,3 %-i tutularaq məhkəmə və istintaq orqanlarına təhvil verilmişdir. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışda olan 29 nəfərdən 15-nin və ya 51,7 %-nin tutulması təmin edilmişdir.

2013-cü il ərzində narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı əvvəlki illə müqəyisədə 41-dən 78-ədək artmışdır. Aşkar edilmiş faktların 23-ü satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olmuşdur. Bunlardan 3 fakt üzrə külli miqdarda narkotik vasitələrin götürülməsi təmin edilmişdir.

Aşkar edilmiş faktlar üzrə ümumilikdə 6 kq 413 qram narkotik maddə götürülərək dövriyyədən çıxarılmışdır. Dövriyyədən çıxarılmış narkotik vasitələrin 13,8 qramı heroin, 5,32 qramı həşiş, 140,17 qramı tiryək və 6 kq 253 qramı isə qurudulmuş marixuana olmuşdur.

İl ərzində aparılan tədbirlər nəticəsində 3 ədəd tapança, 1 ədəd pnevmatik tapança, 2 ədəd ov tüfəngi və 1 ədəd tank mərmisi aşkar edilib görürülmüşdür.

2013-cü ildə rayon ərazisində ümumilikdə 233 yol nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 21 nəfər ölmüş, 85 nəfər isə xəsarət almışdır.

Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.

Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlrdan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuş,

Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2013-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 20 nəfər orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Fuad Muradov, Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi Rəşad Məmmədov iştirak etmişlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR