Bakıda Uşaq Poliklinikasında oğuruq olub – Təfərrüatlar
Bizi izləyin

Qırmızı.az

Bakıda Uşaq Poliklinikasında oğuruq olub – Təfərrüatlar

Xətai rayonu ərazisində yerləşən 9 saylı Uşaq Poliklinikasında oğurluq hadisəsi olub.

Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, cinayəti törədən Əhməd Yəhyayev tutulub. Məlum olub ki, o, poliklinikada tibb bacısı işləyən Qalina Simakovanın əl çantasından 35 manat pul və onun mənzilinin açarlarını götürüb.

Polisdən onu da bildirdilir ki, Əhməd Yəhyayev həmin poliklinikaya övladını gətirib. Tibb bacısının otaqda olmamasından istifadə edib onun çantasına girib.

Qeyd edək ki, Ə.Yəhyayev tutularkən onun üzərindən marixuana aşkar edilib. Bir sözlə, onun narkotik istifadəçisi olduğu, həmin pulu da narkotikə xərclədiyi təsdiqini tapıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm