Bakıda güllələnmə
Bizi izləyin

Qırmızı.az

Bakıda güllələnmə

Saray qəsəbə sakini Emil Bayramov güllələnib.

Abşeron Rayon Polis Şöbəsindən Publika.az –a verilən xəbərə görə, qəsəbə sakini Əli Əliyev həmyerlisi Emil Bayramovun qol nahiyəsinə ov tüfəngindən atəş açaraq ona xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Əli Əliyev isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun cinayətdə istifadə etdiyi, sənədi olmayan və nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm