• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Maşın aşdı: ölən və yaralanan var

Maşın aşdı: ölən və  yaralanan var

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Respublika Dövlət Yol Polisi İdarəsindən Publika.az –a verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Belə ki, Tərtərin Yenikənd kənd sakini Bəşir Həsənov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə özü xəsarət alıb, həyat yoldaşı Rüzgar Həsənova isə xəstəxanaya yerləşdirilərkən dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşları qəzanın səbəbini araşdırıblar və müəyyən ediblər ki, qəza zamanı sürücü sükan arxasında yuxulayıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR