Şəmkirdə müəmmalı hadisə
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə müəmmalı hadisə

Şəmkir rayon sakini 22 yaşlı Elnur Əsədov bıçaqlanıb.

O, ağır xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Publika.az–a verilən məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Kənd sakini 22 yaşlı Elnur Əsədov bədənin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya daxil olub və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Şəmkir rayon Polis Şöbəsindən Publika.az –a bildirilib ki, Elnur Əsədovun vəziyyəti nisbətən ağır olduğundan onun ifadəsini almaq mümkün olmayıb. Hadisəni törədən şəxs qaçıb. Hazırda onun axtarışları davam etdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm