• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ağır qəza: qadının ayağı kəsildi

Ağır qəza: qadının ayağı kəsildi

Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol ayrıcındakı metal konstruksiyaya çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar xüsusi avadanlıqlar vasitəsilə maşından çıxarılıb.

“Mersedes”in sürücü ölüb, sərnişin - Samirə Hüseynova isə ağır xəsarətlərlə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, əməliyyat nəticəsində onun ayağı kəsilib. Qadın hazırda reanimasiyadadır.

Polis bildirdi ki, hadisə zamanı ölən sürücünün kimliyi araşdırılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR