Sabunçu və Xəzər rayonunun sakinləri üçün “Açıq qapı” günü keçirilib
Bizi izləyin

Qırmızı.az

Sabunçu və Xəzər rayonunun sakinləri üçün “Açıq qapı” günü keçirilib

İşəgötürənlərin bildirişləri asan və vaxt itirmədən daxil edə bilmələri, qeydiyyatdan keçirmələri üçün sistemin mükəmməl proqram təminatı yaradılıb.

Publika.az-ın məlumatına görə, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakının Xəzər və Sabunçu rayonlarının işəgötürənləri üçün “Açıq qapı” günü - vətəndaş forumunda səsləndirilib.

Tədbirdə əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin önəmini diqqətə çatdıran ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri qeyd ediblər ki, EİS digər mərkəzi icra hakimiyyətlərinin elektron informasiya ehtiyatlarına inteqrasiya olunub. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapır. Bunlar işəgötürənin işinin asanlaşdırılması üçündür. Yəni o, qısa vaxt ərzində özünə və işçilərinə dair məlumatları əldə etmək imkanına malik olur. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edir.

Tədbirdə bildirişlərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə daxil edilməsi və qeydiyyatı proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərin sualları cavablandırılıb, əmək qanunvericiliyindəki dəyişikliklər onlara ətraflı izah olunub, habelə əmək müqaviləsi bildirişlərini EİS-də qeydiyyatdan keçirməyən işəgötürənlərlə bağlı qanunvericilikdə hansı cəza tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm