• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Domodedovo” bazarında azərbaycanlılar girov saxlanılır

“Domodedovo” bazarında azərbaycanlılar girov saxlanılır

Moskvada azərbaycanlılar arasında bazar müharibəsi başlayıb.

Bu barədə Axar.az-a Moskvadakı mənbə xəbər verib. Mənbənin məlumatına görə, Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun açdığı və özünə yaxın şəxsin idarə etdiyi “Domodedevo” bazarında Azərbaycandan mal aparan sahibkarlarla bağlı ciddi problem yaşanır. Söhbət ondan gedir ki, “Domodedovo” bazarı keçən il Rusiya mediasının gündəmində olan “Pokrovsk” bazarının əvəzinə açılıb. Adı çəkilən bazar bağlanandan sonra oradakı azərbaycanlı ticarətçilər “Domodedovo”ya köçürülüb. Amma ora uzaq olduğundan və alver üçün münbit şərait olmadığından Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız Moskva Dairəvi yolunun yaxınlığındakı «41» adlanan bazarı üstün tutublar. Bundan sonra digər bazarlardakı azərbaycanlılar da mallarını «41»ə aparmağa başlayıb.

Bundan narahat olan bazar rəhbəri rəsmi dairələrlə əlaqələrindən istifadə edərək təzyiq rıçaqlarını işə salıb:

“Təsəvvür edin, Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınlar zorla “Domodedova”ya aparılır. Orada isə bazar sahibinin qoçuları həmin sahibkarları az qala girov götürürlər. Bir maşının bazara daxil olması 1000 dollardır. Sonra isə hər günə görə 500 dollar sahibkardan pul alırlar. Bəzən elə olur ki, bütün bunlardan bezən sahibkar məcburən malı bazar rəhbərliyinin adamlarına verir ki, təki canını qurtarsın. Onlar da malı ucuz alıb özləri istədiyi qiymətə satırlar. Bir qədər əvvəl bir neçə iş adamı Abbas Abbasovla görüşmək üçün “Azerros”un yerləşdiyi Moskva şəhəri Krasnopresenski küçəsi - 24 ünvanında olub. Abbas müəllim isə onlara deyib ki, gedin, məsələni bazar rəhbərliyi ilə həll edin”, - sahibkarlardan biri deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR