Qırmızı.az
İdarə rəisi həbs edildi
Qaradağ Metal Konstruksiya zavodundakı faciə ilə əlaqədar istehsalat rəisi həbs edilib.
Axar.az xəbər verir ki, iyulun 18-də bir fəhlənin ölümü, birinin ağır yaralanması ilə nəticələnən faciə ilə əlaqədar artıq cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova Axar.az-a açıqlamasında faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi başlanıldığını bildirdi:
“İş üzrə Yusifov Hafiz Məhərrəm oğlu tutularaq istintaqa cəlb olunub. Barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, iyul ayının 18-də Qaradağ Metal Konstruksiya zavodunda faciəvi hadisə baş vermişdi. İki nəfər fəhlə tikinti maşınının səbətində zavodun havalandırma sistemini tənzimləyən zaman maşın işə salınmış və yerindən tərpənmişdi. Bu zaman müvazinətini saxlaya bilməyən hər iki fəhlə səbətdən yıxılmışdı. Fəhlələrdən biri hadisə yerindəcə keçinmişdi, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılmışdı.
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI