18 yaşadək bəy və gəlinlərin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

18 yaşadək bəy və gəlinlərin sayı açıqlandı

Ötən il 18 yaşadək nikahları qeydə alınmış bəy və gəlinlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, 2013-cü 2 bəy və 229 gəlinin yaşı 18-dək olub.

Ümumilikdə nikahların sayı 86852 olub.

Qeyd edək ki, 2012-ci ildə bu yaşadək nikahı bağlanan qızların sayı 5138 nəfər olub. Bu sayın nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəbi ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən edilməsidir.

Ötən il 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 2855 olub. Onların 889-u şəhər, 1966-ı kənd yerlərində anadan olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm