İki avtomobil toqquşdu: sürücü yerindəcə öldü
Bizi izləyin

Qırmızı.az

İki avtomobil toqquşdu: sürücü yerindəcə öldü

Bakı-Quba yolunun 35-ci kilometrliyində “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobili toqquşub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

“Hyundai” markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü İbrahimov Aslan İzafət oğlu aldığı bədən xəsasrətlərindən hadisə yerindəcə vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqların köməyi ilə A.İbrahimovun meyitini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm