"Gənc Maliyyəçilər üçün Yay Məktəbi" layihəsi yekunlaşıb (FOTO)
Bizi izləyin

Qırmızı.az

"Gənc Maliyyəçilər üçün Yay Məktəbi" layihəsi yekunlaşıb (FOTO)

26 avqust tarixindən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində başlanan "Gənc Maliyyəçilər üçün Yay Məktəbi" layihəsi bu gün yekunlaşıb.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, iki gün davam edən layihə çərçivəsində layihənin koordinatoru Cəmilə Abdullayeva gənclərə proqram haqqında məlumat verib.

Daha sonra proqram üzrə ekspertlər - "Modaha.az" şirkətinin direktoru Elvin Qəhrəmanov və beynəlxalq araşdırmaçı, təlimçi Rəvan Əyyubov və təlimçi Fərid Məhərrəmli gənclərə müasir maliyyə bazarları, maliyyə menecmenti, marketinq və biznes quruculuğu haqqında qeyri formal təhsil metodlarından istifadə edərək geniş məlumat veriblər.

Sonda layihədə iştirak edən gənclərə sertifikatlar verilib. Məlumat üçün bildirək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm