2 nəfər Kürdə batdı
Bizi izləyin

Qırmızı.az

2 nəfər Kürdə batdı

Kür çayında iki nəfər batıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, Kür çayının Sabirabad rayonu Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində, ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı nəzarətsiz ərazidə 2 nəfər suda batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin “Əli-Bayramlı” sularda xilasetmə məntəqəsinin xilasediciləri xüsusi avadanlıqlarla hadisə yerinə cəlb olunublar.

Həmin gün saat 21:09-da batanlardan birinin, 1997-ci il təvəllüdlü Nərimanov Tərlan Azər oğlunun meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər 1 nəfərin axtarışı Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm