25 yaşlı qız krandan özünü atdı (VİDEO)
Bizi izləyin

Qırmızı.az

25 yaşlı qız krandan özünü atdı (VİDEO)

Rusiya Federasiyasının Yaroslavl şəhərində narkotik aludəçisi qız özünə qəsd edib.

Publika.az-ın news.ru-ya istinadən məlumatına görə, 25 yaşlı qız qaldırıcı krandan özünü ataraq intihar edib.

Rusiya Federasiyasının Yaroslavl ərazisi üzrə istintaq komitəsi 25 yaşlı qızın krandan düşməsi faktı ilə bağlı prosessual yoxlamaya başlayıb.

Aydınlaşıb ki, o, tikintiyə iki dəfə gəlib, ilk dəfə inşaatçılar onu qovublar. İkinci cəhddə o, krana qalxmağa və ordan tullanmağı bacarıb.

İnşaatçıların sözlərinə görə, həlak olmuş qız özünü qeyri-adekvat aparırdı və narkotik qəbul etdiyi sezilirdi. İlkin versiyaya görə, qız özünə qəsd edib.

“Bu, son il yarımda onun intihara ikinci cəhdidir. Yaroslavlda o, qanun qoruyucuları üçün məşhur şəxsiyyətdir. Bu qız valideyn hüquqlarından məhrum edilmişdi, onun 5 yaşlı qızı qaldı”, - deyə Rusiya Federasiyasının Yaroslavl ərazisi üzrə istintaq komitəsinin müstəntiqi Sergey Kazakov bildirib.

Hazırda hadisənin baş vermə səbəbi və şəraiti aydınlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm