300 insanı öldürmüş şəxs azadlıqda
Bizi izləyin

Qırmızı.az

300 insanı öldürmüş şəxs azadlıqda

Yüzlərlə insanın qətlinə görə cavabdeh olduğunu etiraf etmiş Kolumbiya narkobaronu Pablo Eskobarına muzdlu qatili azadlığa buraxılıb.

Popay ləqəbi ilə tanınan Con Cayro Velasqes, qurbanların ailələrinin etirazlarına rəğmən gücləndirilmiş polis müşayəti ilə şərti azad edilib.

O 1990-cı ildə keçmiş prezidentliyə namizəd Luis Karlos Qalana qarşı suiqəsd təşkil etdiyinə görə 22 il dəmirbarmaqlıqlar arxasında keçirib. Velasqes mətbuata verdiyi son müsahibələrindən birində 300 nəfərə yaxın insanı, o cümlədən öz həyat yoldaşını öz əlləri ilə ödürməsi ilə lovğalanıb.

O həmçinin daha 3 min sifarişli qətlin planını cızıb. Buna rəğmən yalnız prezidentliyə namizədin qətlinə görə mühakimə olunub.


Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm