Eks nazir həmkəndlilərinə atəş açdı
Bizi izləyin

Qırmızı.az

Eks nazir həmkəndlilərinə atəş açdı

Gürcüstanda ölkənin keçmiş müdafiə naziri İrakliy Okruaşvili barədə cinayət işi açılıb.

ANS PRESS-in məlumatına görə, eks nazir hazırda iqtidarda olan “Gürcüstan arzusu” koalisiyasının fəallarına atəş açmaqda ittiham olunur.

Hadisə 24 avqust tarixində baş verib. Həmin axşam eks nazir doğulub boya-başa çatdığı Tkviavi kəndində olub. Okruaşvili iki cangüdəni ilə birgə onlardan maşınla gizlənməyə çalışan Vasili və Pavel Kareli dalınca düşüb. Qovalama zamanı Okruaşvili tapanca ilə atəş açaraq 3 dəfə hədəfə dəyib.

Bir neçə kilometr qovalamadan sonra həmkəndlilərinə çatan eks nazir onlara fiziki təzyiq göstərib. Hazırda nə atəş olunan maşın nə də döyülən zərərçəkmişlər barədə məlumat yoxdur. Hadisədən sonra onlar yoxa çıxıblar.

Bilindiyi kimi Okruaşvili Mixail Saakaşvilinin ən yaxınlarından olub. Müttəfiqinin dövründə o prokurorluğa və bir neçə nazirliyə rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm