Qırmızı.az
Girovlarla görüş olacaq
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkəcəklər.
Bu barədə ANS-ə Komitənin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə
Hüseynova məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) nümayəndələri Ermənistan tərəfinin girov
götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə artıq 3 dəfə baş
çəkiblər:
"BQXK-nin manadatına uyğun olaraq saxlanılan şəxslərlə görüş
olacaq. Görüşün vaxtı barəsində heç nə deyə bilmərik. Görüş zamanı
saxlanılan şəxslər ailələrinə məktub da yaza bilərlər. Bu onların
hüququdur".
Öldürülmüş Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin
qaytarılması ilə bağlı danışıqların aparıldığını deyən komitə
rəsmisi prosesin baş tutması üçün ilk öncə tərəflərin razılığa
gəlməli olduğunu söyləyib:
"BQXK meyitlərin qaytarılması ilə bağlı neytral vasitəçilik xidmətlərini münaqişə tərəflərinə təklif edib. Tərəflər razılaşdıqdan sonra prosses həyata keçirilə bilər".
Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və
Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini
ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov
götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...