
Ötən gün iki nəfəri gün vurub. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Günvurmalardan biri Yasamal rayonunda baş verib. Marketdə işləyən 22 yaşlı qadını gün vurub, o 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 43 yaşlı qadın isə günvurma ilə təcili yardımın 9-cu mikrorayon ərazisindəki məntəqəsinə müraciət edib. O 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
36 yaşlı kişini Müşviqabad ərazisində ilan sancıb. O 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.
Gülxar