Ağır qəza: sürücü öldü
Bizi izləyin

Qırmızı.az

Ağır qəza: sürücü öldü

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən Publika.az –a verilən məlumata görə, Əlibəyli kənd sakini, 31yaşlı İlqar Gülməmmədovun idarə etdiyi “KamAZ” markalı yük maşını 57 yaşlı Abbas İbrahimovun idarə etdiyi “Mitsubishi” ilə toqquşub. Nəticədə “Mitsubishi” markalı avtomobilin sürücüsü Abbas İbrahimov hadisə yerində dünyasını dəyişib. Onun meyiti idarə etdiyi maşında sıxışıb qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar sürücünün meyitini çıxararaq ailəsinə təhvil veriblər.

Hadisə yerinə gələn yol polisi əməkdaşları qəzanın baş verməsini “Mitsubishi” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verdiyini bildirblər.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm