Qəzada 2 nəfər öldü, 1 yaşlı körpə yaralandı
Bizi izləyin

Qırmızı.az

Qəzada 2 nəfər öldü, 1 yaşlı körpə yaralandı

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Rayon Polis Şöbəsindən Publika.az–a verilən məlumata görə, Dəllər Cəyir kənd sakini 28 yaşlı Namiq Seyidovun idarə etdiyi “Volswagen” markalı avtomobil beton dirəyə çırpılıb. Sürücü özü yaralanıb, avtomobildə olan 2 nəfər sərnişin – 53 yaşlı Rübabə Cabbarova, 50 yaşlı Ayna Qarayeva dünyasını dəyişib.

Bir yaşlı sərnişin - Yusif Cəfərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Publika.az –a bildirdildi ki, uşağın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm