Putin 12 min hərbiçi və ağır döyüş texnikaları ilə Ukraynaya hücum etdi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Putin 12 min hərbiçi və ağır döyüş texnikaları ilə Ukraynaya hücum etdi – FOTOLAR

Rusiya ordusunun 12 min nəfərlik hərbiçisi və hərbi texnikası Ukrayna ərazisinə daxil olub.

Bu barədə Publika.az-a Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiya ordusunun ağır hərbi texnikaları, o cümlədən tankları, “BTR”, “BMP” və digər döyüş texnikaları Ukrayna ordusuna qarşı müharibə aparır.

R.Uğurluyev deyib ki, hazırda Ukraynanın Luqansk, Krasnoarmiysk və Alçevsk şəhərlərində ağır döyüşlər gedir:

“Hər iki tərəfdən böyük sayda itkilər var. Döyüşlərdə azərbaycanlıların xəsarət alması və həlak olması ilə bağlı isə hələlik heç bir məlumat yoxdur”.

Diaspor təşkilatının rəhbəri əlavə edib ki, ötən gün Minskdə Rusiya və Ukrayna prezidentləri arasında görüş olmasına baxmayaraq, prezident Vladimir Putin Ukraynadan əl çəkmək istəmir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm