YAP təmsilçiləri yaralı əsgərlərimizi ziyarət ediblər
Bizi izləyin

Qırmızı.az

YAP təmsilçiləri yaralı əsgərlərimizi ziyarət ediblər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək üçün Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər.

Bu barədə S.Novruzov məlumat verib.

Əsgərlərə tezliklə sağalmağı arzulayan deputatlar Vətənimizin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.

trend.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm