İsmayıllıda güllələnmə: 2 qardaş xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda güllələnmə: 2 qardaş xəsarət aldı

İsmayıllı rayonunda güllələnmə hadisəsi olub.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, kənd sakini Əli Hüseynov həmyerlisi Əlvan Allahverdiyevi və onun qardaşı Ramazan Allahverdiyevi ov tüfəngi ilə güllələyib.

Yaralılar yüngül xəsarət aldıqlarından onlara evdə tibbi yardım göstərilib.

Hadisəni törədən Əli Hüseynov tutularaq istintaqa təhvil verilib. O, ifadəsində bildirib ki, münaqişə zəminində hər iki qardaşa ov tüfəngindən bir dəfə atəş açıb.

Onun cinayətdə istifadə etdiyi sənədsiz ov tüfəngi polisə təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm