Qırmızı.az
Goranboyda əlillərə ev verildi
Goranboy rayonunda müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər təqdim olunub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Goranboy rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Mənzillərin təqdim olunması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni mənzillərlə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edərək onlara xoş arzularını çatdırıb. 2003-cü ildən etibarən Azərbaycan prezidenti İlham Əliyevin hər bir vətəndaşın sosial firavanlığının təminatı istiqamətində həyata keçirdiyi uğurlu siyasət sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən müharibə əlillərinə və şəhid ailələrinə də dövlət qayğısının mütəmadi olaraq artmasına səbəb olub: “Təkcə bu ilin ötən dövründə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50 faizədək, Böyük Vətən müharibəsi iştirakçıları üçün 82 faizədək, müharibə veteranlarına aylıq sosial müavinətin məbləği 22 faizədək artırılıb. Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlillərə aylıq sosial müavinətdən əlavə, Prezidentin aylıq təqaüdü də təyin olunub”.
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü ilədək
tibbi göstəriş əsasında xüsusi avtonəqliyyatla təmin olunmaq üçün
növbəyə dayanmış əlilliyi olan şəxslərin son 5 ayda minik
avtomobilləri ilə tam təminatının başa çatdırıldığını bildirən
S.Müslümov müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı
sahəsində görülən işləri də diqqətə çatdırıb: “Hazırda verilən
mənzillər də daxil olmaqla bu il artıq 172 mənzil təqdim olunub.
Cari ilin sonuna kimi Tərtər, Beyləqan və İmişli rayonlarının hər
birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli
36 mənzilli yaşayış evlərini, yəni ümumilikdə 198 mənzili də
istifadəyə verməyi planlaşdırırıq. Bununla yanaşı, cənab
Prezidentin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, 2014-cü
ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid
ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o
cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması nəzərdə
tutulur.
S.Müslümov bildirib ki, nazirliyin bütün sahələri üzrə
fəaliyyətində olduğu kimi, bu sahədə də şəffaflığın təminatı daim
diqqətdə saxlanılır və istər avtomobillərin, istərsə də mənzillərin
verilməsi işləri nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az ) ictimaiyyətə açıqlanan
növbəlilik siyahısı əsasında aparılır.
Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirərək, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar bu yeni mənzillərdə böyüyəcək övladlarını Vətənimizə və dövlətçiliyimizə sədaqət ruhunda, xalqımıza layiq insanlar kimi yetişdirəcəklərini vurğulayıblar.
Gülnar
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!