Bakıda mağaza qarət olundu
Bizi izləyin

Qırmızı.az

Bakıda mağaza qarət olundu

Polis mağazadan oğurluq edən şəxsi zərərsizləşdirib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən Publika.az –a verilən məlumata görə, zərərçəkən Məhsəti Zeynalova ona məxsus mağazadan oğurluq olunması barədə polisə ərizə ilə müraciət edib. Dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Oğurluq edən Bakı şəhər sakini Kənan Əliyev tutulub. O, mağazadan 350 manat pul və tütün məmulatı götürdüyünü etiraf edib.

Qeyd edək ki, Kənan Əliyev əvvəllər də oğurluq etdiyinə görə məhkum edilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm