Mikayıl Cabbarov əmr imzaladı
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov əmr imzaladı

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazir təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Yeni əmrdə qeyd olunub ki, 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.


Həmçinin əmrdə qeyd olunub ki, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin, konfransların plenar iclaslarında “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm