Gömrük komitəsi qaçaqmalçıları aşkar etdi
Bizi izləyin

Qırmızı.az

Gömrük komitəsi qaçaqmalçıları aşkar etdi

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Belə ki bu günlərdə Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasə vətəndaşı Hacıyev Laçın Akif oğlu ölkəmizin ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretləri Bakı şəhərində realizə etmək istəyərkən saxlanılıb.

Onun idarə etdiyi “Chevrolet Aveo” markalı “10-RX-281” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd karton qutuda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm