Maşın dərəyə yuvarlandı: xəsarət alanlar var
Bizi izləyin

Qırmızı.az

Maşın dərəyə yuvarlandı: xəsarət alanlar var

Şamaxı rayonunda baş vermiş qəzada 4 nəfər ağır xəsarət alıb.

Respublika Dövlət Yol Polisi İdarəsindən Publika.az–a verilən məlumata görə, “Mitsubishi” markalı minik maşını yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşında olan sərnişinlər – 19 yaşlı Razi İbrahimov, 24 yaşlı Sərdar Kərimov, Cavanşir Xələfov, 28 yaşlı Ceyhun Quliyev bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan Publika.az-a bildirilib ki, yaralıların vəziyyəti ağırdır. Onlar kəllə-beyin travması, qolun və ayağın çıxması diaqnozu ilə xəstəxanada müayinə olunurlar.

Avtomobilin sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm