Şahin Mustafayev Qusarda şikayətçilərlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Şahin Mustafayev Qusarda şikayətçilərlə görüşdü

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Qusarda vətəndaşlarla növbəti görüşünü keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Qusar, Quba, Xaçmaz və digər rayonlardan olan 90-dan çox vətəndaş iştirak edib.

Qəbul zamanı Ş.Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyib, nazirliyin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların digər müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ümumiyyətlə, qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda iştirak, əkin sahələrinin suvarılması üçün bənd tikintisi, kənd yolunun təmiri, uşaq baxçasının tikintisi, sosial və s. məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilmiş, taxılçılıq, heyvandarlıq, quşçuluq təsərrüfatlarının, un məmulatlarının istehsalı, logistik mərkəzin, istixananın, çörəkbişirmə müəssisəsinin, mineral su istehsalı sahəsinin yaradılması, meyvəçilik, çəltikçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Qusarda təşkil edilmiş vətəndaş qəbulu iqtisadiyyat və sənaye nazirinin bölgələrdə keçirilmiş sayca 22-ci qəbuludur. Vətəndaşların qəbulu barədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin internet və "Facebook" səhifələri vasitəsilə qəbula yazılıblar.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm