Goranboyda işsizlər üçün əmək yarmarkası keçirilib
Bizi izləyin

Qırmızı.az

Goranboyda işsizlər üçün əmək yarmarkası keçirilib

Bu gün Goranboy rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iş axtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkası keçirilib.


Bu aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub. Yarmarkada 50 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib.

Dövlət Məşğulluq Xidməti tərəfindən sabah, avqustun 29-da respublikanın daha iki rayonunda - Kürdəmir və Samux rayonlarında da Əmək yarmarkalarının keçirilməsi nəzərdə tutur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm