Tağı Əhmədov "28 May" stansiyası ilə bağlı tapşırıqlar verdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Tağı Əhmədov "28 May" stansiyası ilə bağlı tapşırıqlar verdi - FOTO

Metropoliten rəisi Tağı Əhmədov "28 May" stansiyasında aparılan yenidənqurma prosesi ilə tanış olub. Publika.az-ın Bakı Metropoliteninin saytına istinadən verdiyi məlumata görə, İdarə rəisinin müavini, tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov stansiya yaxınlığındakı ventilyasiya köşkünün yenilənməsi, giriş meydançasında qranit təbəqəsinin döşənməsi və işıqlandırma sistemi ilə bağlı görülən tədbirlər barədə metropoliten rəhbərinə məlumat verib.

Tağı Əhmədov giriş sahəsində avtomat nəzarət məntəqəsi avadanlıqlarının quraşdırılması ilə maraqlanıb. Daha sonra kassa və xəzinədar otaqlarına baxış keçirilib.

Arif Rəsulov sahədə tətbiq edilən yeniliklər sayəsində sərnişinlərin keçiddən tam rahat istifadə etməsi üçün görülən əlavə tədbirlər haqqında da məlumat verib.

Metropoliten rəisi sərnişinlərin giriş sahəsindən, eyni zamanda çıxışdan tam rahat istifadə etməsi ilə bağlı bəzi məqamları dəqiqləşdirib və tapşırıqlar verib.

Tağı Əhmədov stansiya yollarında işıqlandırma işlərinin tamamlanması ilə maraqlanıb. Təchizatçı şirkətin nümayəndələri bir həftə ərzində tavan işıqlandırmasının yekunlaşdırılacağını və daha sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlayacaqlarını deyib.

Tağı Əhmədov "28 May" stansiyasının ikinci giriş-çıxışı, piyada tuneli və "Cəfər Cabbarlı" stansiyasına keçidlə əlaqədar bəzi tədbirlərin yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib. O, təmizlikdən razı qalsa da, metropolitenin ən giriş-çıxışlı stansiyasının rəisinə tapşırıqlar verib.

Baxış metropoliten rəisinin yanında keçirilən müşavirənin başlanması ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm