Həmkəndlisini döyərək öldürdü
Bizi izləyin

Qırmızı.az

Həmkəndlisini döyərək öldürdü

Qax rayon sakini həmkəndlisini döyərək öldürüb.

Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Qaşqaçay kəndinin girəcəyindəki yeməkxanada baş verib.

1977-ci il təvəllüdlü, Qax rayonunun Qaşqaçay kənd sakini Aydın İsa oğlu Babayevlə həmkəndlisi 1970-ci il təvəllüdlü Azad İsa oğlu Əmrahov birlikdə spirtli içki qəbul edərək yemək yeyiblər. Sonra isə onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. İki həmkəndli arasında baş qaldıran mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, Aydın Babayevin zərbələrinə dözə bilməyən Azad Əmrahov aldığı zərblərin gücündən hadisə yerində ölüb. Hadisəni törədən Aydın Babayev isə hadisə yerindən qaçıb. Hazırda Qax Rayon Polis Şöbəsinin əməkdaşları Aydın Babayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış-əməliyyat tədbirləri aparır. /anspress.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm