Mübahisə bıçaqlanma ilə nəticələndi
Bizi izləyin

Qırmızı.az

Mübahisə bıçaqlanma ilə nəticələndi

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən Publika.az –a verilən məlumata görə, rayonun Xanbulan kənd sakini, 21 yaşlı Kamal Əliyev 32 yaşlı Nəvai Məmmədovu bıçaqlayıb.

Yaralı müxtəlif bədən nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağırdır.

Hadisəni törədən Kamal Əliyev özü könüllü olaraq polisə təslim olub. İfadəsində bildirib ki, cinayəti şəxsi münasibətlər zəminində törədib. Belə ki, Nəvai Məmmədovla aralarında baş verən kiçik bir ədavət əvvəl söyüşlə, sonra da bıçaqlanma ilə müşayiət olunub.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm