Gənc oğlan 8 aydır ki, paytaxtı bir-birinə qatır
Bizi izləyin

Qırmızı.az

Gənc oğlan 8 aydır ki, paytaxtı bir-birinə qatır

Sabunçu rayonunda silsilə oğurluq cinayətləri törədən Bakı şəhər sakini Rizvan Tanrıverdizadə yaxalanıb.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az–a verilən məlumata görə, 8 aydır ki, rayonun müxtəlif ərazilərində cinayət edən Rizvan Tanrıverdizadə vətəndaşlara külli miqdarda ziyan vurub. Belə ki, o, yanvarın 18-də Hacinski küçəsində Vüsal Allahverdiyevə məxsus “Chevrolet” markalı avtomobilin iki təkərini söküb. Sonra da onu mağazaların birinə satıb. Fevralın 4-də Şölə Əliyevanın mənzilindən 2850 manat pul və kompüter oğurlayıb. Onun törətdiyi cinayətləri bununla da bitməyib. İyulun 7-də Büllurə Əliyevanın mənzilindən qızıl-zinyət əşyaları, avqustun 3-də isə Nizami Məmmədovun həyətindən kombi aparatı və onun ehtiyat hissələrini oğurlayaraq aradan çıxıb.

İndi polis onun digər cinayətlərini və vətəndaşlara vurduğu ziyanın miqdarını araşdırır.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm