Qardaşının avtomobilini qaçırıb, qəza törətdi
Bizi izləyin

Qırmızı.az

Qardaşının avtomobilini qaçırıb, qəza törətdi

Ötən gün günorta saatlarında Heydər Əliyev prospektində “VAZ-21011” markalı avtomobil qəza törədib.

Hadisə yerinə gələn polis əməkdaşları avtomobili idarə edən sürücünün sənədlərini yoxlayan zaman həmin maşının qaçırıldığını müəyyən ediblər.

Nəsimi Rayon Polis İdarəsindən Publika.az –a verilən xəbərə görə, avtomobili qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Elnur Zeynalov tutularaq idarəyə gətirilib. O, polisə bildirdib ki, sözügedən avtomobil qardaşı Elman Zeynalova məxsusdur. Saxlanılan şəxs qardaşına məxsus “VAZ-21011”i səhər saatlarında Nəsimi rayonu ərazisindən qaçırdığını etiraf edib.

Onun izahatı alındıqdan sonra buraxılıb.

Nəsimi Rayon Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm