Qırmızı.az
Milli parkda yanğın oldu
Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə ötən gün 16 radələrində baş verib. Yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən texnikanın əraziyə cəlb edilməsində problemlər yaranıb.
Naməlum səbəblərdən baş verən yanğının qarşısının alınmasında əsasən əl əməyindən istifadə olunub. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının səyi nəticəsində bütün alternativ vasitələrdən istifadə olunaraq yanğının söndürülməsinə nail olunub.
Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən
aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 8 hektara
yaxın ərazini əhatə edib və nəticədə 2 hektar ərazidə quru ot və
kol örtüyünə ziyan dəyib.
Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması
istiqamətində iş aparılır.
Gülxar
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK